Avropa ittifaqı özü-öz qanununu pozduğuna görə özünə cəza kəsdi

Avropa ittifaqı özü-öz qanununu pozduğuna görə özünə cəza kəsdi

Avropa İttifaqının ən yüksək icraedici orqanı olan Avropa Komissiyası, öz qəbul etdiyi sərt məxfilik qanunlarını pozduğu üçün 400 avro (təxminən 735 manat) məbləğində təzminat ödəməyə məhkum edilib. Bu qərar Avropa İttifaqının Ümumi Məhkəməsi tərəfindən qəbul edilərək tarixə düşüb.

Avropa İttifaqı özünə cəza kəsdi

Məhkəmənin qərarına görə, hadisə bir Alman vətəndaşının Avropa Komissiyası tərəfindən təşkil edilən bir konfransa “Facebook ilə daxil olun” seçimini istifadə edərək qeydiyyatdan keçməsi ilə başlayıb. Lakin bu proses zamanı iştirakçının IP ünvanı, brauzer məlumatları və cihaz məlumatları lazımi tədbirlər görülmədən ABŞ-dakı şirkətlərə — konfrans veb-saytını host edən Amazon və Facebook-un sahibi Meta-ya ötürülüb.

Bu vəziyyət Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Tənzimləməsi (GDPR) çərçivəsindəki sərt məxfilik qaydalarına zidd hesab edilib. Alman vətəndaşının açdığı iddianı araşdıran məhkəmə, Komissiyanın məlumatların təhlükəsizliyini təmin etmək üçün kifayət qədər tədbirlər görmədiyini və bunun “ciddi bir pozuntu” olduğunu bildirib.

Reuters xəbər verir ki, bu qərar Avropa Komissiyasının öz məxfilik qanunlarını pozduğu üçün cəzalandırıldığı ilk haldır. Bu vəziyyət, Aİ-nin GDPR qaydalarına uyğunluq məsələsində nə qədər ciddi olduğunu və fərdlərin hüquqlarını qorumaq üçün hansı həddə gedə biləcəyini göstərir.

Avropa İttifaqının 2018-ci ildə qüvvəyə mindirdiyi Ümumi Məlumatların Qorunması Tənzimləməsi (GDPR), dünyanın ən sərt məlumat məxfiliyi tənzimləmələrindən biri kimi qəbul edilir. Qaydalar, fərdlərin şəxsi məlumatlarının işlənməsi ilə bağlı maksimum şəffaflıq və təhlükəsizlik təmin etməyi hədəfləyir. GDPR-ı pozan qurumlar illik dövriyyələrinin 4 faizinə qədər cərimə edilə bilər.